Kənd təsərrüfatı bitkilərinin sığortası - 7,3 DƏFƏ ARTIB

Kənd təsərrüfatı bitkilərinin sığortası - 7,3 DƏFƏ ARTIB

2020-ci ilin yanvar may aylarında sığorta yığımlarının ən çox artdığı sahə kənd təsərrüfatı bitkilərinin sığortası olub.

FED.az xəbər verir ki, yanvar-may aylarında kənd təsərrüfatı bitki məhsulları üzrə 201 min 800 manat yığım olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 dəfə və ya 174 min 200 manat artıb.

Qeyd edək ki, 2019-cu ilin yanvar may aylarında kənd təsərrüfatı bitki məhsulları üzrə sığorta yığımları 27 min 600 manat olub.

Kənd təsərrüfatı bitki məhsulları üzrə sığorta ödənişlərində isə 100%-lik azalma olub. Belə ki, 2019-cu ilin yanvar-may aylarında 64 min 371 manat ödəniş edəilsə də, 2020-ci ilin yanvar-may aylarında ödəniş edilməyib.

Mənbə: fed.az