Sumqayıtda karantini pozan obyekt aşkarlandı - 120 nəfər cərimələndi

Sumqayıtda karantini pozan obyekt aşkarlandı - 120 nəfər cərimələndi

Koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları profilaktik tədbirlər davam etdirilir.

Sumqayıt şəhər Polis İdarəsindən Xeberle.com -a verilən məlumata görə, şəhərin bütün küçə və prospektlərini əhatə edən tədbirlərdə ictimai nəqliyyatda, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, həmçinin xüsusi karantin müddəti ərzində icazəsi olmadan çölə çıxan şəxslər barəsində inzibati tənbeh tədbirləri görülür. Son iki sutka ərzində 120 protokol tərtib olunub ki, bunun 75-i 211.2(maskadan istifadə etmədiyi üçün), 44-ü 211.1(xüsusi karantin qaydalarına riayət etməmək), 1 nəfər isə qanunsuz olaraq obyektini işlədib, müştərilərə yerində xidmət göstərdiyinə görə cərimə edilib.

Qeyd edək ki, sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində maska taxmaq məcburidir.

Xədicə Səxavətqızı

Mənbə: xeberle.com