“Azərmaş” mənfəətlə ili bitirdiyi açıqlanıb

“Azərmaş” mənfəətlə ili bitirdiyi açıqlanıb

Azərbaycanən “Khazar” avtomobil brendinin sahibi, istehsalçısı “Azərmaş” ASC 2019-cu il üzrə maliyyə hesabatını təqdim edib.

Banker.az xəbər verir ki, “Azərmaş”ın bu audit hesabatını “Zaman Audit” MMC həyata keçirib.

 

Ötən il ərzində istehsalçı şirkət ötən il ərzində 192 min manat gəlir əldə edib ki, bu da ilik müqayisədə 6 dəfəyə yaxın artımdır.

Satışın maya dəyərinin bir o qədər də çox olmaması nəticəsində “Azərmaş”ın ümumi mənfəəti 191 min manat olub.

Bununla belə, ASC 182 min manat inzibat, 4 min manat digər xərclər çəkib – nəticədə 1 min manatlıq xalis mənfəətlə başa vurub.

Bununla da bölüşdürülməmiş mənfəət 4 min manat üzərində təşkil edib.

Qeyd edək ki, “Azərmaş” 2017-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən təsis edilib, 4 min manat nizamnamə kapitalı var.

Mənbə: banker.az