Azərbaycanda bu il 18 mln. tona yaxın neft hasil edilib

Azərbaycanda bu il 18 mln. tona yaxın neft hasil edilib

 

Bu ilin yanvar-iyun aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 17,8 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 1 mln. ton az olub.

Məlumata əsasən, respublika üzrə hasil edilmiş neftin 12,2 milyon tonu “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlarının, 1,9 mln. tonu (kondensat) “Şahdəniz” qaz-kondensat yatağının payına düşüb.

“SOCAR üzrə hasilat isə 3,7 milyon ton təşkil edib”, - məlumatda qeyd edilir.

Mənbə: apa.az