Daha 2 ölkə avroya görə milli valyutasından imtina edir

Daha 2 ölkə avroya görə milli valyutasından imtina edir

Avrozonanın sərhədləri genişlənir. Daha 2 ölkə avroya görə milli valyutasından imtina etmək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, Bolqarıstan və Xorvatiya qitənin ümumi valyuta sisteminə qoşulur. “Reuters”in məlumatına görə, sabah məsələyə tam aydınlıq gələcək.

Axırıncı dəfə 2015-ci ildə Litva avronu əsas pul vahidi kimi qəbul etmişdi. Bununla da avrozonanın üzvlərinin sayı 19-a çatmışdı.

2002-ci ilin yanvarın 1-dən Avropa ölkələrində avrodan əsginas formasında istifadə olunmağa başlanılıb. Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, Kipr, İtaliya, İspaniya, Latviya, Litva, Malta, Lüksemburq, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Estoniya və Fransa ərazisində əmtəə münasibətlərini bu valyuta tənzimləyir. Təxminən 340 milyon avropalı avrodan istifadə edir.

Mənbə: www.bizimyol.info