WSJ: növbəti iki ildə neftin qiyməti 150 dollardan yuxarı qalxa bilər

WSJ: növbəti iki ildə neftin qiyməti 150 dollardan yuxarı qalxa bilər

Yaxın iki ildə neftin qiyməti bir barrel üçün 150 dollardan yuxarı qalxacaq. Banker.az xəbər verir ki, bu proqnozu “Wall Street Journal” tərəfindən soruşulan mütəxəssislər verib. Qeyd edildiyi kimi, qiymət artımının əsas səbəbi istehsalın azaldılması və bu sənayeyə investisiya qoyuluşu olacaq.

Belə ki, 2030-cu ildə insanların neftə olan tələbatını ödəmək üçün əlavə 625 milyard dollar investisiya lazım olacaq.

Qeyd edək ki, hazırda fyuçerslər təxminən faizin üçdə biri qədər artır. “Brent” markalı neftin qiyməti 42,5 dollardan yuxarı, WTI isə 40 dollardan aşağı səviyyədədir.

Bununla yanaşı, qara qızıl hasilatının azalması ilə paralel olaraq, mayeləşdirilmiş qazın istehsalı da azalmaqdadır.

Mənbə: banker.az