Qazaxıstanda dövlət qurumlarına avtomobil və mebel almaq - QADAĞAN EDİLİB

Qazaxıstanda dövlət qurumlarına avtomobil və mebel almaq - QADAĞAN EDİLİB

Qazaxıstanda büdcə vəsaitlərinə qənaət etmək üçün dövlət təşkilatlarına avtomobil və mebel almaq qadağan edilib.

FED.az xəbər verir ki, Maliyyə Nazirliyinin əmri ilə tətbiq edilən bu qadağa 2023-cü ilə qədər qüvavədə olacaq. Məqsəd vəsaitlərin daha səmərəli və qənaətlə istifadəsidir.

Qazaxıstan onsuz da büdcəyə qənaıət rejiminə keçib. Bu ilki büdcəyə dəyişiklik ediləndən sonra əlavə 532,8 milyard tenqeyə (1,3 milyard dollara) qənaət edilib. Bu pul koronavirusla mübarizəyə və biznesin dəstəyinə yönəldiləcək.

Pandemiya nəticəsində Qazaxıstan indiyədək qəbul etdiyi 2021-2023-cü illərin büdcələrinə də dəyişib və xərcləri ümumilikdə 6,4 trilyon tenqeyə (15,6 milyard dollara) endirib.

Mənbə: fed.az