​Birinci yarımildə Azərbaycanda elektrik enerjisi istehsalı artıb

​Birinci yarımildə Azərbaycanda elektrik enerjisi istehsalı artıb

2020-ci ilin yanvar-iyun ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2153,7 mln. kVtst, ixracı 98,8 mln. kVtst, idxalı 9,3 mln. kVtst olub.

Energetika Nazirliyindən Metbuat.az-a verilən məlumata görə2019-cu ilin müvafiq dövrü ilə müqayisədə iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 14,1 mln. kVtst, ixrac 61,5 mln. kVtst artıb, idxal isə 9,9 mln. kVtst azalıb.

Cari ilin yanvar-iyun aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,2 mln.kVtst artaraq 12950,2 mln. kVtst olub.

Hesabat dövründə ötən ilin 6 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 27,8 mln. kVtst artaraq 12084,0 mln. kVtst, SES-lərdə 199,9 mln. kVtst azalaraq 680,3 mln. kVtst, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,4 mln. kVtst azalaraq 185,9 mln. kVtst olub. Külək Elektrik Stansiyalarında 54,8 mln. kVtst, Günəş Elektrik Stansiyalarında 23,0 mln. kVtst, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 108,1 mln. kVtst elektrik enerjisi istehsal edilib.

Birinci yarımildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 11571,3 mln. kVts (İES-lərdə 11002,6 mln. kVtst, SES-lərdə 568,47 mln. kVtst), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 195,4 mln. kVst (İES-lərdə 75,8 mln. kVtst, SES-lərdə 99,8 mln. kVtst, Günəş ES-də 19,8 mln. kVtst), Müstəqil Elektrik Stansiyaları üzrə 1134,6 mln. kVtst təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 621,1 mln. kVtst olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 52,2 mln. kVtst, idxalı isə 71,5 mln. kVtst olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 8,8 mln. kVtst azalıb.

Mənbə: metbuat.az