Xaçmaz KOB İnkişaf Mərkəzində sahibkarlar üçün onlayn təlim təşkil olunacaq

Xaçmaz KOB İnkişaf Mərkəzində sahibkarlar üçün onlayn təlim təşkil olunacaq

 

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 11-12-də Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən mikro, kiçik və orta sahibkarlar və biznesə başlamaq istəyənlər üçün “Antikorrupsiya idarəetmə sistemi beynəlxalq standartının özəl sektorda tətbiqi" mövzusunda onlayn təlim keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, KOB-ların antikorrupsiya və etik davranış qaydaları, korrupsiya hüquqpozmaları və onunla mübarizə metodlarına dair məlumatlandırılması məqsədilə təşkil olunacaq onlayn təlimdə iştirak etmək istəyən sahibkarlıq subyektləri müvafiq linkə (https://bit.ly/2Z7gj3Y) daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

AZERTAG.AZ :Xaçmaz KOB İnkişaf Mərkəzində sahibkarlar üçün onlayn təlim təşkil olunacaq

Mənbə: azertag.az