Dövlət qurumu xüsusi geyim formasının satın alınmasına 29 milyon manat xərcləyəcək

Dövlət qurumu xüsusi geyim formasının satın alınmasına 29 milyon manat xərcləyəcək

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Xüsusi geyim formasının satın alınması üçün elan etdiyi tenderin qalibi məlum olub.

Banker.az xəbər verir ki, qalib şirkət “LK Machinery” Məhdud Məsuliyyətli Cəmiyyətdir. Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanıb.

Müqavilənin ümumi məbləği 28 milyon 475 min 760 manatdır.

Bildirək ki, “LK Machinery” Məhdud Məsuliyyətli Cəmiyyət 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Leyla Həsənova Şahin qızıdır.

Mənbə: banker.az