Almaniya iqtisadiyyatı çökür

Almaniya iqtisadiyyatı çökür

Almaniya Federal Statistika İdarəsi alman şirkətlərinin bu ilki ziyanı barədə məlumatları açıqlayıb.

Cebhe. info xəbər verir ki, nəticələrə görə, şirklətlər tərəfindən bu ilin may ayında 80,3 milyard avroluq ixracat həyata keçirilib.

Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə 30 faiz azalma və bu ilin aprel ayına görə isə 9 faiz artım olub.

Ölkənin ixracat rəqəmlərinin az olmasına səbəb ABŞ və İngiltərə kimi vacib ticarət tərəfdaşlarında yaşanan pandemiya böhranıdır. Belə ki, may ayında Almaniyanın ABŞ-a ixracı 36,5 faiz azalaraq 6,5 milyard avroya düşüb.

Eyni şəkildə İngiltərəyə ixrac 46,9 faiz azalaraq 3,5 milyard avro təşkil edib. Keçən ilin eyni ayı ilə müqayisədə Çinə ixracat 12,3 faiz azalıb.

Həmçinin 2019-cu ilin may ayı ilə müqayisədə Almaniyada idxal 21,7 faiz azalaraq 73,2 milyard avroya düşüb.

Naibə
Cebhe. info

Mənbə: cebhe.info