Xaçmaz KOB İnkişaf Mərkəzi təlim və məsləhət xidmətlərini onlayn keçirəcək

Xaçmaz KOB İnkişaf Mərkəzi təlim və məsləhət xidmətlərini onlayn keçirəcək

 

Bakı, 10 iyul, AZƏRTAC

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı Xaçmaz şəhərində sərt karantin rejiminin tətbiq olunması səbəbindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən keçirilən təlimlər və məsləhət xidmətləri iyulun 20-dək onlayn formada təşkil olunacaq.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, mikro, kiçik və orta sahibkarlar bu müddət ərzində Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən keçirilən müxtəlif onlayn təlimlər və məsləhət xidmətləri barədə mərkəzin sosial şəbəkələrdəki səhifələrini izləməklə məlumat əldə edə, onları maraqlandıran tədbirlərə qoşula bilərlər.

Mənbə: azertag.az