Cəmi aktivləri 14 milyon manatdan çox azalan bank – Hesabat

Cəmi aktivləri 14 milyon manatdan çox azalan bank – Hesabat

10 iyul, Fineko/abc.az. İran Bankının Bakıdakı filialı 2020-ci ilin 1-ci yarısı üçün maliyyə vəziyyətini açıqlayıb.

ABC.AZ Bankın maliyyə vəziyyətinə istinadən xəbər verir ki, 30 iyun 2020-ci il tarixində filial 83 milyon 981 min manat cəmi aktivlərə malik olub.

Bu ötən ilin sonu ilə müqayisədə 14 milyon 737 min manat və ya 15% azalma deməkdir. Qeyd edək ki, azalma nağd pul vəsaitlərinin və qiymətli kağızlara investisiyaların daha az qoyuluşu ilə bağlıdır.

Müəllif: Elmir Murad

Mənbə: abc.az