Dövlətə məxsus şirkət də qaydalara əməl etməyib - Palatadan mənfi rəy

Dövlətə məxsus şirkət də qaydalara əməl etməyib - Palatadan mənfi rəy

 

 

10 iyul, Fineko/abc.az. Hesablama Palatası 2020-ci il üzrə iş planına uyğun olaraq İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) vəsaitlərinin formalaşması və istifadəsinin auditini aparıb.

ABC.AZ report-a istinadən xəbər verir ki, bunu ali audit qurumundan bildiriblər.

Audit nəticəsində məlum olub ki, dövlət şirkətinin fəaliyyət göstərən və yaxud yeni təsis edilən kommersiya təşkilatlarının nizamnamə kapitalına (səhmlər və paylara) investisiya qoyuluşunun kommersiya səmərəliliyi, investisiya obyektləri seçilərkən fəaliyyət sahəsində xidmətlərinin rəqabətədavamlı olması, fəaliyyətinin yüksək səviyyədə təşkilini təmin edən və həmin fəaliyyət sahəsində kifayət qədər təcrübəyə malik olan strateji investorun olması kimi meyarlara tam riayət edilməyib.

Səhmləri və payları olan investiya obyektləri və layihələri üzrə əvvəlki illərdə zərərlə fəaliyyət göstərməsi səbəblərinin araşdırılması ilə onların aradan qaldırılması istiqamətində tədbirlər müəyyənləşdirilməyib, auditlə əhatə edilən 2016-2019-cu illərdə zərərlə işləyən, investisiya obyektində iştirak müddətinin aşağı həddi başa çatmış payları üzrə ASC-nin iştirakına xitam verilməsinin məqsədəuyğunluğunun, həmin payların bazar qiymətləndirilməsi aparılmaqla satışının həyata keçirilməsi imkanlarının reallaşdırılması istiqamətində əməli işlər (tədbirlər) görülməyib.

 

Mənbə: abc.az