Beynəlxalq Enerji Agentliyi: neft tələbatının bərpası pandemiya ilə əlaqədar risk altındadır

Beynəlxalq Enerji Agentliyi: neft tələbatının bərpası pandemiya ilə əlaqədar risk altındadır

Bakı, 10 iyul, AZƏRTAC

Qlobal neft tələbatının bərpası prosesi koronavirus pandemiyası ilə əlaqədar risk altındadır.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.

Agentliyə görə, dünyada koronavirusun yenidən yayılması fonunda neft tələbatına dair risklər artıb. Yanacağa olan tələbat iqtisadi aktivliyin artması nəticəsində növbəti üç ayda kəskin şəkildə yüksələ bilər.

Dünyada istehlakda və iqtisadi fəaliyyətlərdəki canlanmanın təsiri ilə üçüncü rübdə qlobal neft tələbatının əvvəlki rüblə müqayisədə 14 faiz artaraq gündəlik orta hesabla 94,3 milyon barrelə çatacağı gözlənilir.

Mənbə: azertag.az