Nazirlik açıq məkanda reklam yerləşdirilməsinə 408 min manatdan çox vəsait yönəldəcək

Nazirlik açıq məkanda reklam yerləşdirilməsinə 408 min manatdan çox vəsait yönəldəcək

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti “İnnova” İnnovativ Reklamçılıq Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə Açıq məkanda reklamın yerləşdirilməsi nəzərdə tutulub.

Qalib şirkətlə satınalma müqaviləsi imzalanıb və müqavilənin ümumi məbləği 408 min 469 manatdır.

Bildirək ki, “İnnova” İnnovativ Reklamçılıq Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Bu MMC-nin nizamnamə kapitalı 1 000 manatdır və qanuni təmsilçisi İlqar Yusifov Yasən oğludur.

Mənbə: banker.az