"Azərbaycanda informasiya texnologiyalarının inkişafına dövlət səviyyəsində böyük diqqət və qayğı var"- Deputat

"Azərbaycanda informasiya texnologiyalarının inkişafına dövlət səviyyəsində böyük diqqət və qayğı var"- Deputat

Koronavirus pandemiyası müxtəlif ölkələrin hökumətlərini əhalini qorumaq və biznesi təşviq etmək üçün informasiya texnologiyalarını aktiv şəkildə tətbiq etməyə vadar etdi. Məsələn, bu yaxınlarda Azərbaycanda İqtisadiyyat Nazirliyi Elektron Kredit Platformasını tətbiq etdi və biznesmenlərin kreditlərə girişini sadələşdirdi, Daxili İşlər Nazirliyi isə insanları tanımaq (icazəsi olan insanlar üçün) və küçə kameraları vasitəsi ilə avtomobil sahibləri üçün icazələrin mövcudluğunu izləmək üçün elektron platformalardan istifadə edir. Lakin bu gün bir sıra MDB ölkələrində informasiya texnologiyaları baxımından yeni imkanlar nəzərdən keçirilir. Beləliklə, Rusiyada bank krediti alarkən identifikasiyanın sadələşdirilməsi və digər əməliyyatlar üçün sürücülük vəsiqəsindən istifadə etmək təklif olunur.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, birmənalı olaraq söyləmək olar ki, koronavirus pandemiyası müxtəlif ölkələrin hökumətlərini əhalini qorumaq və biznesi təşviq etmək üçün informasiya texnologiyalarını aktiv şəkildə tətbiq etməyə vadar etdi:

"Bir sıra ölkələr yeni tətbiqlər üzərində işləməyə, yeni proqramların hazırlanmasına başladılar. Hazırda bu səhədə dünyada ciddi inkişaf və proseslər gedir. Bu gün Azərbaycanda informasiya texnologiyalarının inkişafına dövlət səviyyəsində böyük diqqət və qayğı var. Son illər bir çox xidmətlərin elektronlaşdırılması istiqamətində ölkəmizdə ciddi addımlar atılıb. Əslində Azərbaycanda əvvəlki dövrlərdən bu sahədə ciddi işlər gedirdi. Əvvəlki dövrlərdə atılan addımlar bir sıra xidmətlərin elektron qaydada göstərilməsinə böyük təkan verdi. Bu dövrdə evdən çıxmaq üçün SMS icazələrin verilməsi, elektron kredit platformasının tətbiqi, Daxili İşlər Nazirliyinin insanları tanımaq (icazəsi olan insanlar üçün) və küçə kameraları vasitəsi ilə avtomobil sahibləri üçün icazələrin mövcudluğunu izləmək üçün elektron platformaları istifadəyə verməsi əhalinin bir sıra xidmətlərdən elektron qaydada istifadəsi üçün yeni imkanlar yaratdı və bir çox məsələləri xeyli asanlaşdırdı. Bütün bunlar Azərbaycanda elektron hökumət sisteminin qurulması istiqamətində işlərin uğurla davam etdirildiyini söyləməyə əsas verir. Hədəflər isə daha böyükdür. Bilirsiniz ki, Microsoft şirkətinin rəhbərliyi ilə müzakirədə ölkəmizdə Abşeron vadisinin yaradılması ideyası irəli sürüldü. Hesab edirəm ki, bu layihə də bu sahənin ölkəmizdə inkişafına öz töhfəsini verəcək. Rusiyada irəli sürülən bank krediti alarkən identifikasiyanın sadələşdirilməsi və digər əməliyyatlar üçün sürücülük vəsiqəsindən istifadə etmək təklifinə gəldikdə isə gələcəkdə bu kimi məsələlər nəzərdən keçirilə bilər".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az