"Yaxın günlərdə sahibkarlara güzəştli kreditlərin verilməsinə başlanılacaq"-RƏY

"Yaxın günlərdə sahibkarlara güzəştli kreditlərin verilməsinə başlanılacaq"-RƏY

Koronavirus pandemiyası, digərləri ilə yanaşı, Azərbaycanın maliyyə sektoruna, xüsusən bankçılığa ciddi zərbə vurdu. Kredit götürənlərin sayı kəskin azalıb və tələb olunan kreditlər isə müvafiq sığorta tələb edirlər.

Bu, Azərbaycanda yerli biznesə dəstək tədbirləri arasında nəyə görə bank kreditlərinin həcminin bir hissəsinin sığortalanmasının olduğunu da izah edir. Bununla birlikdə bir sıra MDB ölkələrində tətbiq olunan nümunə də diqqətəlayiqdir. Beləliklə, bəzi banklar dünyanın aparıcı investisiya strukturları ilə verdikləri kreditlərin sığortalanmasına dair müvafiq zəmanət müqavilələri imzalamağa başlayıblar.

Bu barədə bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Sonxeber.az-a açıqlama verib.

Ekspert bildirib ki, kreditlərin sığortalanması dedikdə verilən kreditin təminatı deyilirsə, Azərbaycanda prinsipcə kreditlərin sığortalanması yoxdur. Yəni kreditin sığortalanması əslində odur ki, mən bankdan kredit götürürəm və sığorta şirkəti mənimlə müqavilə bağlayır ki, əgər mən sabah krediti banka ödəməsəm sığorta şirkəti ödəsin. Bu da faktiki olaraq bankın qarşısında mənim borc öhtəliyimin sığortasıdır:

"Bizdə bu sığorta növü demək olar ki, yoxdur. Eyni zamanda xaricdə də hər yerdə yoxdur. Azərbaycanda kredit öhdəliyinin təminatı qismində əsasən zamin və girov, yəni bunlardan istifadə olunur. Mən kredit götürürəmsə hər hansı əşyanı mən və ya başqa adam mənim kredit öhdəliyimə görə torpaq, mənzil və sairə girov qoyur. Sabah mən onu qaytara bilməyəndə bank həmin girov əmlaka tutma yönəldir.

Aydın məsələdir ki, bu məsələdə bank özünü qoruyur. Bu həmişə olub amma indi banklar bu məsələdə daha sərt tələblər irəli sürürlər. Beş aydan çoxdur ki, Azərbayacan bankları problemli kreditlərin içində üzürlər. Kimsə gedir krediti götürür ya qaytarmır, ya da qaytara bilmir. Buna görə də banklar özlərini qorumaq istəyirlər.
Bu o demək deyil ki, təminatsız kreditlər heç verilmir. Əlbəttə yalnız iki halda verirlir. Ya bank sahibləri öz firmalarına kredit verirlər, faktiki bankdan o pulları oğurlayırlar, ya da ki həqiqətən çox yaxşı biznesmen, sahibkardır ki, ona tam etibar edirlər. Amma məlum məsələdir ki, daha az şəxsə etibar edilir. Çünki insanların gəliri azalıb. Bir sözlə bu addımla bankalar özlərini qorumaq istəyirlər.

Azərbaycanda da bu barədə problem var. Çox adam girov və ya zamin gətirə bilmir. Bizdə girov kimi əsasən daşınmaz əmlak, yəni torpaq, ev qəbul olunur. Çünki onlar ən dəyərli sayılır. Bu bütün dünyada da belədir. Burada da əsas problem odur ki, daşınmaz əmlakın qiyməti düşür və böyük ehimalla ki, bundan sonra da hələ kəskin düşəcək. Ona görə bank daha çox girov tələb edir. Çünki bilir ki, qiymətlər aşağı düşür. Yəni Azərbaycanda daşınmaz əmlakın qiymətləri hələ düşəcək. Digər tərəfdən də məhkəmə prosesləri əmlaka tutma prosesinin yönəldilməsi, xüsusən də sahibkarların götürdüyü kreditlərdə çox uzun çəkə bilir. Sonra sahibkarlar müxtəlif yollarla o məhkəmə proseslərini adətən uzadırlar. Hətta bu proseslər 5-6 il çəkir. Yəni istiqamətdə bankaları da başa düşmək olur.

Azərbaycanda kredit bazarı yalnız kredit götürənlərə olan etibarsızlıqla bağlı deyil. Çünki istənilən halda elə vətəndaş var ki, gəliri də kifayət qədərdir və ehtimal ki, gəliri də azalmayacaq. Amma yenə də kredit götürmək çətinləşib. Bu da devalivasiya hissi ilə bağlıdır. Bu gün təəssüf ki, kreditlər üzrə faiz də qalxıb. Demək olar ki, milli valyutada sahibkar 20 faizdən aşağı kredit götürə bilmir. Bu da sərf etmir. Çünki, gəlirlilik çox deyil. Mən nə qədər qazanc əldə edəcəm ki, o krediti də qaytarım. Mərkəzi bank və digər banklar da çox aşağı faizlə kredit verməyə meyilli deyillər.

Qorxurlar ki, krediti götürən gedib dollara çevirəcək və devalivasiyanı gözləyəcək. Bu da təəssüf ki, Mərkəzi Bankın illərlə apardığı yanlış valyuta məzənnəsi siyasətidir. Yəni Milli Valyutamızın 2017-ci ilin fevralından məzənnəsi sabitdir deyə. Milli Valyutamız üzmür, ya sabit olur, ya da aşağı gedir. Ona görə də belə böhran anlarında hamı xarici valyuta almağa başlayır ki, sabah devalivasiya olanda o fərqdə qalib gəlsin. Əlbəttə belə vəziyyətdə dövlət təminatlı kreditlərin çox olması lazımıdr. Hətta 4 apreldə Nazirlər Kabineti sahibkarlara güzəştli kreditlərin verilməsi il bağlı qərar da qəbul edib. Bugünlərdə də Nazirlər Kabineti həmin o kreditlərin verilməsi mexanizmini də təsdiq edib".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin

Mənbə: sonxeber.az