“Bütün qüvvəmizi səfərbər etmişik”

“Bütün qüvvəmizi səfərbər etmişik”

Sosial şəbəkədə hədəfə alınmağımız təəssüf doğurur

"Qlobal bəlaya çevrilən koronavirus pandemiyası ilə bağlı dünyanın əksər ölkəsində ciddi iqtisadi-sosial çətinliklər müşahidə olunur. Ölkə başçısının həyata keçirdiyi sistemli tədbilər sayəsində ölkəmizdə koronavirus pandemiyasının mənfi təsirləri daha hiss olunmaqdadır. Xüsusilə iqtisadi sferada mühüm addımlar atılıb. Kiçik və orta sahibkarlığın iqtisadi dalğalanmalardan qorunması məqsədi ilə əhəmiyyətli iqtisadi paketlər işlənib hazırlanıb.
Təbii dövlətin bu dəstəyinə qarşılıq olaraq bu gün biz sahibkarların üzərinə də böyük məsuliyyət düşür".
Bunu Modern.az-a açıqlamasında "Vətən-az" şirkətinin rəhbəri Babək Aslanov bildirib.
B.Aslanov sərnişindaşıma sahəsində fəaliyyət göstərən sahibkarlıq subyekti olaraq bildirib ki, bu gün onların üzərinə düşən məsuliyyət daha böyükdür:
"Lakin tənzimləyici qurum olaraq Bakı Nəqliyyat Agentliyinin təqdim etdiyi düzgün yanaşma, şəffaf idarəetmə sistemi Bakı şəhərində sərnişindaşımaların təşkilində möcvud çağırışlara operativ reaksiya verməyimizə imkan yaradır.
Məhz bu yanaşmanın nəticəsidir ki, metronun çalışmadığı iki aydan artıq müddətdə sərnişindaşımaları ancaq avtobuslarla icra edildi. Hər gün maksimal sayda avtobusun xəttə çıxarılması əlavə olaraq, ehtiyyat avtobusların ayrılması özu-özlüyündə çox çətin və ağır bir prosesdir".
Müsahibimiz deyib ki, normalda bu işləri etmək üçün günlərlə vaxt sərf olunur:
"Həm avtobuslar hazırlanmalıdır, sürücülər təlimatlandırılmalıdır, marşrut xətti onlara tanıdılmalıdır. Ancaq bu gün bizim belə bir vaxt imkanımız yoxdur. Adi rejimdə bu gün bizi eyni zamanda həm sərnişinlərin, həm sürücülərin, həm də qarajdakı personalın sağlamlığının qorunması üçün də tədbirlər görürük. Elə bu tədbirlərin nəticəsidir ki, bu gün sürücülər arasında, qarajda çalışan personal arasında ciddi yoluxma halı yoxdur.
Lakin bu qədər insan əməyinin sərf olunmasına baxmayaraq, bəzən sosial şəbəkədə kimlərinsə rastlaşdığı bir hadisəni əlində əsas götürərək sərnişindaşımaların təşkilini hədəfə alması təəssüf doğurur. Bütün bunlar Bakı Nəqliyyat Agentliyinin bu gün şəhər nəqliyyatı üçün gördüyü işlərə ləkə yaxmaqdır, insanlarda çaşqınlıq yaratmağa xidmət edən lazımsız hərəkətlərdir.
Amma bu cürhallar bizi işimizdən soyutmur. Biz bilirik ki, bu gün pandemiyanın ön cəbhəsindəyik. Bizim üzərimizdə böyük məsuliyyət var. Buna görə də bütün qüvvəmizi səfərbər etmişik Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi qaydada gündəlik sərnişinlərimizə xidmət edirik".

Mənbə: modern.az