Mərkəzi Bank bu dəfə 150 milyonluq hərrac keçirəcək

Mərkəzi Bank bu dəfə 150 milyonluq hərrac keçirəcək

İyulun13-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Cebhe.info xəbər verir ki, məlumatı AMB yayıb.

Bildirilib ki, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Məbləğin artırıla bilən hissəsi hərrac məbləğinin maksimum 20 faizidir. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,51-6,99 faiz təşkil edir.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info