Rusiya beynəlxalq uçuşları bərpa edir - Lakin bu şərtlərlə

Rusiya beynəlxalq uçuşları bərpa edir - Lakin bu şərtlərlə

Rusiya hökuməti 15 iyuldan etibarən beynəlxalq hava nəqliyyatının bərpasını müzakirə edir.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə baş nazirin müavini Tatyana Qolikova çıxış edib. Qolikova Rusiyanın sutka ərzində koronovirusa yoluxmanın əhalinin 1%-ni keçmədiyi ölkələrə uçuşları bərpa edəcəyini deyib. Bu ölkələrdən iki həftə ərzində 100 min nəfərə 40 halda çox yoluxma qeydə alınmamalıdır.

Uçuş siyahısı hər iki həftədən bir yenilənəcək.

Rusiyaya gələn ziyarətçilər isə uçuşdan ən azı üç gün qabaq koronovirus testindən keçməlidirlər.

Mənbə: avropa.info