Cəlilabadda taxıl yığımı başa çatıb

Cəlilabadda taxıl yığımı başa çatıb

Cəlilabad, 11 iyul, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizin iri taxılçılıq rayonlarından olan Cəlilabadda may ayının sonlarında başlanan taxıl biçini kampaniyası başa çatıb.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, bu il rayonda 63 min 887 hektar sahədə dənli bitkilər əkilib. Bunun 55 min hektarını buğda, 4608 hektarını arpa, 4800 hektarını vələmir təşkil edir.

Biçin kampaniyasını optimal müddətdə başa çatdırmaq məqsədilə sahələrə 110 taxılbiçən kombayn cəlb edilib.

Bu il sahələrdən 154 min 773 ton taxıl məhsulları yığılıb. Hər hektardan götürülən məhsuldarlıq 28 sentner təşkil edib.

Qeyd edək ki, ötən il rayonda 203 min 708 ton taxıl məhsulları yığılıb, hər hektardan 37 sentner məhsul əldə edilib.

Mənbə: azertag.az