Bağlanmış 4 bankın aldadılmış əmanətçiləri üçün xoş xəbər (EKSPERT)

Bağlanmış 4 bankın aldadılmış əmanətçiləri üçün xoş xəbər (EKSPERT)

"Bağlanmış 4 bankın əmanətçilərinə "Dəmirbank presedenti" tətbiq ediləcək".

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, bağlanmış 4 bankın aldadılmış əmanətçiləri üçün xoş xəbər var:

"Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fondu birgə açıqlama yayıb. Açıqlamaya görə, bağlanmış 4 bankın əmanətçilərinə "Dəmirbank presedenti" tətbiq ediləcək. Məlumat üçün bildirim ki, vaxtilə "Dəmirbank”ın qanunsuz olaraq sığortalanmayan hesab edilən əmanətlərinə kompensasiyaların verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət olunmuş və məhkəmə əmanətçilərin xeyrinə qərar vermişdi. İndi də analoji addım atılacaq. Böyük ehtimalla məhkəmə bu dəfə də banklar tərəfindən aldadılmış əmanətçilərin xeyrinə qərar verəcək".

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə "Atabank” ASC, "AGBank” ASC, "NBCBank” ASC və "Amrah Bank” ASC-in lisenziyaları ləvg edilib.

Mənbə: qaynarinfo.az