Yeni təhsil PROQRAMLARI

Yeni təhsil PROQRAMLARI

İyulun 9da təhsil naziri Ceyhun Bayramov müvafiq əmri ilə “İqtisadiyyat və idarəetmə” ixtisasları qrupuna daxil olan ixtisaslar üzrə yeni təhsil proqramlarını təsdiq etdi.

Yeni proqramlar milli təhsil sisteminin beynəlxlq təhsil sisteminə uyğunlaşdırılması, tələbə mobilliyinin artırılması, tələbələrin müvafiq kompetensiyalarının, eləcə də yumşaq və sərt vərdişlərinin formalaşdırılması, məzunların əmək bazarının tələblərinə cavab verməsi, tələbələrin daha çox sərbəst işləmələrinin stimullaşdırılması və s. istiqamətdə ciddi bir addımdır.

Proqramların hazırlanması zamanı top 25 universitetlərin təcrübəsi əsas götürülmüş, kompetensiyalar işəgötürənlərlə razılaşdırılıb:

Dövlət imtahanıkimi tanınan Yekun Dövlət Attestasiyası (YDA) ləğv edildi. Təcrübənin ənənəvi formada keçirilməsi dayandırıldı. Təcrübə və YDA üçün nəzərdə tutulan 30 kredit “ Karyera planlaması”, “Yumşaq vərdişlər”, ”Sərt vərdişlər”, tamamilə yeni formada təşkil olunacaq Təcrübə/ Capstone arasında bölüşdürüldü. Xarici dilin tədrisi iki ilə uzadıldı. Dərslərin təşkilində 1+3 modeli əsas götürüldü. İxtisaslar arasında 70% eynilik təmin edildi və Universitet Daxili İkili Diplom (UDİD) modelinin reallaşması üçün imkan yaradıldı. Yəni, dörd il ərzində iki fərqli ixtisas üzrə iki diplom almaq mümkün olacaq. Tələbələr başqa ixtisasın ixtisas fənnlərinin 16-18 kreditini almaqla, kiçik ixtisas (“Minor”) qazana biləcəklər. "Minor"dan UDİD-ə keçid, yaxud UDİD-dən “Minor”a keçid mümkün olacaq. Fənnlərin sayı 42-dən 34-ə endirildi və ixtisas fənnlərinin sayı isə 8-dən 11-ə artırıldı. Tələbələrin həftəlik dərs yükü hazırda mövcud olan təqribən 26 saatdan orta hesabla 20 saata endirildi. Dərslər 4 gün ərzində təşkili ediləcək və s.

Yeni proqramların layihəsinin hazırlanmasında böyük əməyi olmuş Azərbaycan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan müəllim Ələkbərova, Azərbaçan Texniki Universitetin rektoru, professor Vilayət müəllim Vəliyevə, Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin müəllim Bayramova, Bakı Biznes Universitetinin rektoru, professor İbad müəllim Abbasova və İşçi Qrupun bütün digər üzvlərinə, eləcə də bizimlə birlikdə kompetensiyaların formalaşdıran işəgötürənlərə dərin minnətdarlığımı bildirirəm.

Professor Ədalət Muradov

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru

Mənbə: modern.az