"Bloomberg" agentliyi dünya milyarderlərinin reytinqini ("Bloomberg Billionaires Index") tərtib edib.
"APA-Economics"in məlumatına görə, siyahının ilk pilləsində sərvəti 189 mlrd. ABŞ dolları olan "Amazon" şirkətinin təsisçisi və rəhbəri Jeff Bezos qərarlaşıb. Son bir ildə onun sərvəti 74,5 mlrd. dollar artıb.
Ümumiyyətlə, siyahıda 500 milyarder yer alıb. Onlardan 24-ü Rusiya vətəndaşıdır. "Lukoil"in rəhbəri, əslən azərbaycanlı olan Vahid Ələkbərov 17,8 mlrd. dollarla reytinqin 69-cu pilləsində yer alıb. Son bir ildə həmyerlimizin sərvəti 4,51 mlrd. dollar azalıb.
Dünya milyarderlərinin reytinqi:
#
Adı
Sərvəti, mlrd. dollar
İllik dinamika, mlrd. dollar
1
Jeff Bezos
189
74,5
2
Bill Gates
116
2,41
3
Mark Zuckerberg
93,0
14,6
4
Bernard Arnault
92,6
-12,6
5
Steve Ballmer
76,8
18,6
6
Larry Page
72,7
8,11
7
Elon R Musk
70,5
43,0
8
Sergey Brin
70,4
7,73
9
Mukesh Ambani
70,2
11,6
10
Warren Buffett
69,2
-20,1
Mənbə: apa.az