Gürcüstanın Azərbaycana borcu 3% azalıb

Gürcüstanın Azərbaycana borcu 3% azalıb

Bu ilin 30 iyun tarixinə Gürcüstanın Azərbaycana olan dövlət borcu 6,107 mln. ABŞ dollar təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında deyilir.

Qeyd olunub ki, son bir ayda Gürcüstanın Azərbaycana dövlət borcunun həcmi 184 min dollar və ya 2,9% azalıb.

Hesabat dövründə Gürcüstanın ümumi xarici borcu isə əvvəlki ayla müqayisədə 163 260 min dollar və ya 2,7% artaraq 6 142 531 min dollara çatıb. Bunun 5 894 906 min dollarını hökumətin xarici borcları təşkil edib. Gürcüstan Milli Bankının xarici borcu isə 247 625 min dollara bərabər olub.

Mənbə: apa.az