BVF: Regionun əsas neft-qaz ixracatçılarının ÜDM-i bu il 1,1% azalacaq - PROQNOZ

BVF: Regionun əsas neft-qaz ixracatçılarının ÜDM-i bu il 1,1% azalacaq - PROQNOZ

Beynəlxalq Valyuta Fondunun (BVF) regionun əsas neft-qaz ixracatçıları olan Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan üzrə verdiyi yeni proqnoza əsasən, bu il sözügedən ölkələrin ÜDM-i 1,1% azalacaq.

"APA-Economics"in BVF-nin Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook Update" adlı hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə regionun neft-qaz ixracatçılarının iqtisadiyyatı 4,2% artacaq.

İnflyasiya sözügedən ölkələrdə bu il 8,1% təşkil edəcək, 2021-ci ildə isə 6,6%-ə qədər yavaşlayacaq.

Proqnozda həmçinin bildirilir ki, regionun karbohidrogen ixracatçılarının qeyri-neft ÜDM-i bu il 1,1% azalacaq, 2021-ci ildə isə 3,5% artacaq.

Mənbə: apa.az