Dünya iqtisadiyyatı rekord həcmli borc içindədir

Dünya iqtisadiyyatı rekord həcmli borc içindədir

Tarixdə ilk dəfə olaraq, dünya ölkələrinin dövlət borcu 2020-ci ilin sonuna qədər dünya ÜDM-nin 101,5 faizinə çatacaq.

Bu rəqəm İkinci Dünya Müharibəsindən sonra olmuş rekordu yeniləyəcək.

Ehtimalı Beynəlxalq Valyuta Fondunun (BVF) saytı irəli sürür.

Ölkələr koronavirus pandemiyasının yaratdığı böhrandan xilas olmaq üçün artıq 11 trilyon dollar pul ayırıblar. Ehtimal olunur ki, dövlət borclarının aşağı faiz dərəcələri və iqtisadi fəaliyyətin bərpası səbəbindən yalnız 2021-ci ildə sabitləşmə ola bilər. Ancaq istisna ABŞ və Çin olacaq.

Artıq 72 ölkə BVF-dən xüsusi yardım alıb. Ekspertlərin fikrincə, yoxsul ölkələrin güzəştli maliyyələşdirmə, bəzi hallarda isə qrant almaq imkanları olmalıdır. Daha əvvəl BVF bu il dünya iqtisadiyyatının 4.9 faiz azalacağını, 2021-ci ildə 5.4 faiz yaxşılaşmanın olacağını proqnozlaşdırırdı.

May ayında Avropa Komissiyası Avropanın bərpası üçün plan təqdim etmişdi. Plana əsasən AB kapital bazarlarında ümumi zəmanət altında 750 milyard dollar borc götürəcək və ölkələrə kredit və qrant şəklində verəcək. Ancaq bu günə qədər ölkələr belə bir fondun yaradılması barədə razılığa gələ bilməyiblər.Fins.az

Mənbə: www.iqtisadiyyat.az