"Boeing" "737 MAX" təyyarələrinin sertifikatlaşdırılmasına hazırlaşır

"Boeing" "737 MAX" təyyarələrinin sertifikatlaşdırılmasına hazırlaşır

ABŞ-ın "Boeing" korporasiyası bu ilin III rübündə "Boeing 737 MAX" təyyarələrinin təkrar sertifikatlaşdırılmasını aparacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "Boeing"in Rusiya və MDB ölkələri üzrə prezidenti Sergey Kravçenko bildirib.

"Tam dəqiqdir ki, bu ilin III rübündə istismara icazə veriləcək", - deyə S. Kravçenko qeyd edib.

Onun sözlərinə görə, təyyarələrin təhlükəsizlik səviyyəsi detallı şəkildə təhlil ediləcək.

Xatırladaq ki, ötən il sözügedən yeni tip təyyarənin proqram təminatındakı nasazlıq səbəbindən iki layner qəzasında yüzlərlə insan həyatını itirib. Məlum olub ki, təyyarənin sertifikatlaşdırması pozuntularla və sadələşdirilmiş formada aparılıb. Bu model təyyarələrlə uçuşlar bütün dünyada dayandırıldı və nəticədə, "Boeing" korporasiyası tarixində ən böyük itkilərlə üzləşdi.

Mənbə: apa.az