OPEC: Təsdiqlənmiş qlobal neft ehtiyatlarının həcmi artıb

OPEC: Təsdiqlənmiş qlobal neft ehtiyatlarının həcmi artıb

Ötən il dünyada təsdiqlənmiş neft ehtiyatlarının həcmi 3,6% artaraq 1,551 trln. barelə çatıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik statistik bülletenində deyilir.

Qeyd olunub ki, 2018-ci ildə bu göstərici 1,497 trln. barel təşkil edirdi. Məlumata görə, 2019-cu ildə OPEC ölkələrinin təsdiqlənmiş neft ehtiyatları 1,23 trln. barel olub və bu da illik ifadədə 3,7% çoxdur.

Mənbə: apa.az