Milyonçular koronavirusla mübarizə üçün onlardan daha çox vergi toplanmasını təklif ediblər

Milyonçular koronavirusla mübarizə üçün onlardan daha çox vergi toplanmasını təklif ediblər

Fərqli ölkələrdən olan milyarderlər koronavirusun fəsadlaırnı aradan qaldırmaq üçün onlarda daha çox vergi toplanmasını təklif ediblər.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

ABŞ, İngiltərə, Almaniya və digər ölkələrdən olan 80 milyondan çox milyonçu, hökumətlərini koronavirus pandemiyasının iqtisadi nəticələrinə qarşı mübarizə aparmaq üçün öz sərvətlərinə və digər maqnatların sərvətlərinə qeyri-məhdud artan vergi tətbiq etməyə çağırıb.

Qeyd edilir ki, bu məktub Millionaires for Humanity saytında “Ben & Jerry’s” qurucularından biri Cerri Qrinfild, “Walt Disney Company” şirkətinin həmtəsisçisi Ebiqeyl Disney, ingilis aktyor və kino rejissoru Riçard Kertis, Yeni Zelandiyanın ən varlı adamlarından biri Stiven Tindal, “Warehouse Group”un təsisçisi və digərlərin iştirakı ilə yerləşdirilib.

Bəyanatda bildirildiyi kimi, koronavirus pandemiyasının iqtisadi nəticələri on illərlə hiss ediləcək və nəticədə “daha yarım milyard insan yoxsullaşa bilər”.

“Covid-19 dünyaya zərbə vurduqca, bizim kimi milyonerlər onun yaxşılaşdırmaqla həlledici rol oynayır…Bizim əlimizdə bir şey varsa, o da puldur. Dünyanın böhrandan çıxması üçün ehtiyac olan pullar…Bu gün biz, aşağıda imza çəkmiş milyonçular, hökumətlərimizdən bizim kimi insanlardan vergi toplamalarını xahiş edirik. Dərhal. Həmişəlik”, – məktubda deyilir.

Mənbə: banker.az