Karib dənizi ölkələri pandemiyaya görə vətəndaşlıq almağın qiymətini endirdi

Karib dənizi ölkələri pandemiyaya görə vətəndaşlıq almağın qiymətini endirdi

Karib ölkələri vəsait çatışmazlığı səbəbindən investisiya müqabilində vətəndaşlıq almaq proqramları çərçivəsində qiymətləri aşağı salırlar.

Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib. Agentlik vurğulayır ki, koronavirus pandemiyasının ölkələrin turizm sahəsinə əhəmiyyətli dərəcədə təsir etdikdən sonra, bu investisiyalara tələb kəskin artıb.

Bildirildiyi kimi, qiymətləri aşağı salan ölkələrdən biri Sent-Kits və Nevis olmuşdur, “Bloomberg” yazır. Bu ölkə ilin sonuna qədər xüsusi şərtlər təklif edir – dörd nəfərlik ailə üçün vətəndaşlığın qiyməti 150 min dollar təşkil edəcək. Xatırladaq ki, daha əvvəl bu qiymət 23% çox olub – 195 min dollar.

Sent-Kits və Nevis pasportu Böyük Britaniya da daxil olmaqla, vizasız yüzdən çox ölkəyə səfər etməyə imkan verir. Pandemiya dövründə Çin və Yaxın Şərq sankinləri arasında bu Sent-Kits və Nevisə maraq artıb.

Mənbə: banker.az