Azərbaycanda banka borcu olan şirkət - ÖZÜNÜ MÜFLİS ELAN EDİR

Azərbaycanda banka borcu olan şirkət - ÖZÜNÜ MÜFLİS ELAN EDİR

Azərbaycanda banka krediti olan və onu qaytarmaqda çətinlik çəkən şirkət özünü müflis elan edir.

FED.Az xəbər verir ki, «Artım İnşaat» MMC krediti olduğu - bu bir qədər əvvəl fəaliyyəti dayanmış «Bank Standard»a qarşı iddia qaldıraraq MMC-nin müflis elan edilməsi və iflas prosesinə başlanılması tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Amma məhkəmə iddianı geri qaytarıb. Çünki «Müflisləşmə və iflas haqqında» qanuna əsasən, borcu görə özünü müflis elan etmək istəyən şəx bütün kreditorlara olan borclarını açıqlamalıdır. Yəni qanunda müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısını təsdiq edən sənədlər əlavə edilir.

Məhkəmə müəyyən edib ki, MMC iflas üçün müraciə edərkən birözünü bütün debitor və kreditor borclarını göstğərməyib. Məsələn, məlum olub ki, «Bank Standard»a borcu olmaqla yanaşı, «Artım İnşaat» MMC-nin 11 947 manat vergi borcu da var. Ona görə də məhkəmə iddia ərizəsini geri qaytarıb. MMC-yə izah edilib ki, iddia ərizəsinə bütün ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısını əlavə etsin.

Mənbə: fed.az