Azərbaycanda fındıq ixracçıları - 125 Milyon Dollar Qazanıblar

Azərbaycanda fındıq ixracçıları - 125 Milyon Dollar Qazanıblar

2020/2021-ci il mövsümündə Azərbaycanda 55 min tondan artıq qabıqlı fındıq tədarük ediləcək.

FED.az xəbər verir ki, Fındıq İstehsalçılar Assosiasiyasının məlumatına görə 2019-cu ilin sentyabrından 2020-ci ilin mayına qədər Azərbaycan istehsalçıları 17 min ton qabıqsız fındıq ixrac ediliblər, bu təxminən 45 min ton qabıqlı fındıq deməkdir. İxracın ümumi həcmi 101 milyon dollardır.

Təkcə pandemiya dövründə – 2020-ci ilin mart-may aylarında ölkədən ümumi dəyəri 30 milyon dollar olan 4,7 min ton fındıq ixrac edilib.

Assosiasiya rəhbərim bildirib ki, ölkədə fındıq bağları sürətlə artı rvə 2022-ci ildə 80 min hektara çatmalıdır. Artıq 2019-cu ildə fındıq bağlarınnı sahəsi 79,5 min hektar idi və bundan 50 min hektarı bar verirdi. 2020-ci ildə isə yeni bağlar bara çıxacaq.

«EastFruitt»in məlumatına görə, 2019-cu ildə Azərbaycan 125,6 milyon dollarlıq fındıq ixrac etməklə Türkiyə və İtaliyadan sonra dünyada fındıq ixracı üzrə 3-cü yeri tutub. İstehsal bu sürətlə artsa bir neçə ildən sonra Azərbaycan İtaliyanı da geridə qoya bilər.

Qeyd edək ki, Azərbaycanın Şimal v Şimal-Şərq bölgəsində demək olar ki, hər bir ailənin 1-1,5 hektar fındıq bağı var. Fındıq tədarükündən gələn gəlirlərdən 60 min ailə faydalanır. Amma istehsalın böyük hissəsi iri istehsalçıların payına düşür. Ölkədə ən böyük fındıq bağı 3 min hektardır.

Ölkədə ən geniş yayılan fındıq növü «Ata Baba». Bu növün yığlılığı 70%-dir, ölçüsü 11-13mm-dir, üstəlik «Ata Baba» fındığı ideal kürə şəklindədir ki, bu da qida sənayesi üçün vacibdir. Eləcə də fındığın «Qalib», «Yağlı» və «Xaçmaz» kimi növləri var.

Mənbə: fed.az