Budapeşt “Airbnb” kimi xidmətlər üçün kirayə müddətini məhdudlaşdırdı

Budapeşt “Airbnb” kimi xidmətlər üçün kirayə müddətini məhdudlaşdırdı

Macarıstan hakimiyyəti bələdiyyələrin “Airbnb” kimi xidmətlər üçün kirayə müddətini məhdudlaşdıracaq qaydaları təsdiq edib.

Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Qeyd edildiyi kimi, “Ryanair” və “EasyJet” kimi loukosterlər sayəsində Macarıstanın paytaxtı səyahət üçün ən məşhur şəhərlərdən birinə çevrilib.

Qısamüddətli icarənin populyarlığı səbəbindən vətəndaşlar tarixi mərkəzlərdə yerləşən evləri mini-otellərə çevirməyə başladılar. Qeyd edək ki, 2018-ci ildə kirayə mənzil bazarı ötən il ilə müqayisədə 20%, mənzillərin qiyməti isə 16% artıb.

“Hungary Today”in verdiyi məlumata görə, beş il ərzində Budapeştdə kirayə mənzillərin sayı iki dəfə artıb: “Airbnb” turistlərə 9725, “Vrbo” isə 300 mənzil təklif edir.

Budapeştin meri Qerqey Karaçon hesab edir ki, indi paytaxtdakı icarə orta təbəqə üçün əlçatan deyil, buna görə Amsterdam, London və Berlindəki kimi tənzimlənməyə ehtiyac var.

2018-ci ildə Madrid hakimiyyəti şəhərdəki mənzillərin və evlərin icarə müddətini ildə 90 günə qədər məhdudlaşdırmışdır. 2020-ci ilin iyununda Amsterdam səlahiyyətliləri köhnə şəhərin üç rayonunda həftə sonu kirayələrini qadağan etmək, digərlərində isə 30 günədək məhdudlaşdırmaq qərarına gəldilər.

Mənbə: banker.az