Lukaşenko bəyannamədə daşınmaz əmlakını və avtomobillərini göstərməyib

Lukaşenko bəyannamədə daşınmaz əmlakını və avtomobillərini göstərməyib

Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenkonun Mərkəzi Seçki Komissiyası tərəfindən dərc edilmiş vergi bəyannaməsində daşınmaz əmlak və avtomobillər göstərilməyib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı İnterfaks agentliyi yayıb.

Qeyd olunur ki, son bir il ərzində Lukaşenko əmək haqqı olaraq 3.4 milyon rubl, bir ayda isə 286 min rubl qazanıb. Sütunda “əmlak” və “digər əmlak” qrafasında tire göstərilir.

Prezidentin həyat yoldaşı Qalina Lukaşenkonun son bir ildə qazancı 161 min rubl təşkil edib. Bundan əlavə, o, 196 kvadratmetrlik bir evə, Şklovda 0.1498 ha torpaq sahəsinə, Mogilev bölgəsindəki 54 kvadratmetrlik evin yarısına və Şklovski Yağ Zavodu ASC-nin 56 aksiyasına sahibdir.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az