Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 2,2% artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 2,2% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 4,083 mlrd. manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% çoxdur.

Primetime.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə heyvandarlıq məhsullarının payı 51,1% və ya 2,086 mlrd. manat təşkil edib ki, bu da 2019-cu ilin analoji ayları ilə müqayisədə 3,2% çoxdur.

Bitkiçiliyə gəldikdə isə, hesabat dövründə 1,997 mlrd. manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% çoxdur.

Mənbə: primetime.az