Ərzaq məhsullarına ayda 163 manat xərclənib

Ərzaq məhsullarına ayda 163 manat xərclənib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18 245,7 mln. manatlıq, o cümlədən 9 729,7 mln. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8 516,0 mln. manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən Primetime.az-a verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk yarısında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,9%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1% artıb.

"Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,3 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 162,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,5 manatlıq qeyri-ərzaq malları alıb", - deyə komitədən bildirilib.

Mənbə: primetime.az