BTC ilə bu il 18 mln. tondan çox neft nəql edilib

BTC ilə bu il 18 mln. tondan çox neft nəql edilib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 18 356,7 min ton neft nəql edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 7% azdır.

Redaktor.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, nəqletmənin 80%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 14 685,9 min ton neft ötürülüb (2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 8,1%-lik azalma).

"Dövr ərzində BTC kəməri ilə 2 100,2 min ton tranzit nefti də (9,3% azalma – red.) nəql edilib", - məlumatda deyilir.

Qeyd edək ki, ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

Xatırladaq ki, "BTC Co."nun səhmdarları sırasına isə BP (30,1%), "AzBTC" (25%), MOL (8,9%), "Equinor" (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), ITOCHU (3,4%), INPEX (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%) şirkətləri yer alıb. 

Mənbə: redaktor.az