Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi 10% artıb

Bu ilin iyul ayının 1-nə Azərbaycanda kənd təsərrüfatı sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni vaxtı ilə müqayisədə 50,8 mln. manat və ya 10,1% artaraq 552,7 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, kənd təsərrüfatı sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 30,2 mln. manat və ya 5,2% azalıb.

Sözügedən sektorun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 3,8% təşkil edib. İllik müqayisədə bu göstərici 0,1 faiz bəndi artıb, aylıq müqayisədə isə 0,1 faiz bəndi azalıb.

Qazet.az

ƏVVƏLKİ XƏBƏR

Ölüm “satan” “leş Tofiq” necə azad oldu?

SONRAKI XƏBƏR

Ərəb dünyasında ilk AES - İSTİFADƏYƏ VERİLİB