Vətəndaşlar qurbanlıq heyvan almaqda çətinlik çəkiblər

Bəzi vətəndaşlar bu gün qurbanlıq heyvan almaqda çətinlik çəkiblər. Buna səbəb isə onlayn qurbanlıq satış yarmarkalarının dünən gecədən fəaliyyətini dayandırması olub. Əvvəllər vətəndaşlar yol kənarlarında heyvan satışı məntəqələrindən qurbanlıq alırdılarsa, hazırda pandemiya ilə əlaqədar bu ərazilərdə heyvan satışına da icazə verilmir.

Qurban bayramının ikinci günü olmasına baxmayaraq, vətəndaşlar qurbanlıq heyvan almaqda çətinlik çəkirlər. Buna səbəb isə qurbanlıq heyvanların onlayn qaydada satışının dayandırılmasıdır.

Bir neçə gün əvvəl "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən əəə.qurbanliq.kendden.az saytı istifadəyə verilmişdi. Vətəndaşlar qurbanlıq qoyunları almaq üçün bu saytda qeydiyyatdan keçdikdən sonra onlayn sifariş verə bilirdilər. Son tarix kimi isə 31 iyul saat 00:00 göstərilmişdi. Verilmiş müddət başa çatdığından və yol kənarlarında heyvan satışına icazənin verilməməsi səbəbindən bəzi vətəndaşlar bu gün qurbanlıq heyvan almaqda çətinlik çəkiblər.

Məsələ ilə bağlı "Aqrar Tədarük və Təchizat" ASC-nin mətbuat xidmətinin rəhbəri Mais Musayev ''Xəzər Xəbər'' bildirdi ki, qurbanlıq heyvanları onlayn qaydada almaq üçün əvvəlcədən vətəndaşlara son tarixlə bağlı məlumat verilib. Bu tarixin uzadılması ilə bağlı isə məsələ nəzərdə tutulmayıb.

Mais Musayev onu da bildirdi ki, artıq onlayn qaydada sifariş verilən bütün heyvanlar kəsim məntəqələrində kəsilərək müştərilərə təhvil verilib. Bu arada, bu gün bəzi iri marketlər də qurbanlıq satışı ilə məşğul olub.
 

Big.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya bu ölkə ilə də uçuşları bərpa edir

SONRAKI XƏBƏR

Afina və Ankara arasında yaxınlaşma - Tərəflər dəniz məhdudiyyətini götürməyə hazırdırlar