Ev almaq üçün ən təhlükəsiz 5 ölkə: Sərt karantin yox, yoluxma az - SİYAHI

Ev almaq üçün ən təhlükəsiz 5 ölkə: Sərt karantin yox, yoluxma az - SİYAHI

Pandemiya dünya ölkələrində daşınmaz əmlak bazarını da “vurub”. Bəzi ölkələrdə daşınmaz əmlak bazarında xeyli ucuzlaşma və müştəri qıtlığı yaranıb.

Cebhe. info xəbər verir ki, “Knight Frank" şirkəti daşınmaz əmlak bazarı riskli və daha sərfəli olan ölkələrlə bağlı araşdırma aparıb. 100 ölkədən ibarət reytinq tərtib edilib.

Siyahıya İsveçrə rəhbərlik edir. Bu ölkədə yoluxma azdır və əmlak bazarı əcəbilər üçün cəlbedicidir. 29 iyunda ölkədə 31,65 min yoluxma qeydə alınıb. Ölüm faktı 1960 nəfərdir. Bu isə qonşu ölkələrlə müqayisədə çox azdır. Aprel ayından etibarən bu ölkənin əmlak bazarında onlayn baxışın həcmi 61 faiz, alıcılıq isə 59 faiz artıb.

İlk beşliyə Almaniya, İsrail, Sinqapur və Yaponiya da daxil edilib.

Dünyada yoluxma sayına görə ilk sıralarda dayanan Rusiya bu siyahıda 61-ci yerdədir. Bu yerlə, o, Belarus, İsveçrə, Böyük Britaniya, Ukrayna və Monakodan irəlidədir.

Siyahıda son yerlərdə Komboca, Lais, Baham adaları dayanır. Braziliya, Marokko, Əlcəzair, Honduras, Paraqvay, Peru və İndoneziya epidemioloji cəhətdən təhlükəli ölkələr sayılıb. Avropada ən pis mövqeyə malik olan ölkə Albaniyadır- 88-ci yer.

Xəzər
Cebhe. info

Mənbə: cebhe.info