Koronavirus vaksininin istehsalına başlanacaq

Koronavirus vaksininin istehsalına başlanacaq

Eastnews.org-un verdiyi xəbərə görə, Novosibirsk Elmi Mərkəzi "Vektor" bu ilin noyabr ayında koronavirusa qarşı peyvənd istehsalına başlamağı planlaşdırır.

Bu barədə təşkilatın rəhbəri Rinat Maksyutov deyib.

Onun sözlərinə görə, 2020-ci ilin sonu - 2021-ci ilin əvvəllərində risk qrupuna daxil olan insanlara peyvənd edilməsi planlaşdırılır.

“Bu ilin noyabr ayında istehsala başlamağı ümid edirik. Buna görə, bu ilin sonuna yaxın - gələn ilin əvvəlində risk qrupuna daxil olan insanların peyvənd olunmasından sonra kütləvi peyvəndələməyə keçid barədə danışa bilərik ”, - deyə o, “Vesti ”verilişinin efirində bildirib.

Mənbə: RT

Mənbə: eastnews.org