Polşa Rusiyanı nədən sevmir, Almaniyanı niyə tənqid edir?

Polşa Rusiyanı nədən sevmir, Almaniyanı niyə tənqid edir?

 

Polşanın Baş naziri Mateuş Moravietski ölkəsində sərt anti-Rusiya fikirləri olmadığını, ancaq Varşavanın Şimal Axını-2 kimi layihələrini sevmədiyini deyib.

Qaynarinfo xəbər verir ki, onun sözlərini "Biznes Alert" portalı sitat gətirib.

Polşa həmçinin Almaniyanın Rusiya qaz kəmərinin inşası ilə bağlı mövqeyini tənqid edir. O, həmçinin Varşavanın Şimal Axını-2-ni qəbul etmədiyini vurğulayıb. Moravietski əmindir ki, Avropaya qaz üçün verəcəyi pulu Rusiya silah istehsalına xərcləyəcək. Baş nazir Avropaya qaz tədarükündən məhrum olan qonşu Ukraynanın taleyinə də diqqət çəkib. Siyasətçi hesab edir ki, Rusiya bu ölkə ilə nə istəyirsə, onu da edə bilər.

"Buna görə Şimal axını və Şimal axını-2 bölgəmiz üçün bu cür təhlükə yaradır. Bunun üçün də Almaniyanı tənqid edirik", - deyə Moravetski sözlərini tamamlayıb.

Alpər

 

Mənbə: qaynarinfo.az