"Bank mövcud kreditlərin təkrar strukturlaşdırılması ilə fəal şəkildə məşğul olub"

"Bank mövcud kreditlərin təkrar strukturlaşdırılması ilə fəal şəkildə məşğul olub"

Aprel ayında bank mövcud kreditlərin təkrar strukturlaşdırılması ilə fəal şəkildə məşğul olub

Bunu açıqlamasında "Access" Bankın İdarə Heyəti sədrinin birinci müavini Yevqeniya Qaşikulina deyib

Pandemiya dövründə banka kredit borcu olan müştərilərə edilən güzəştlər barədə məlumat verərək o, bildirob ki, əlbəttə, pandemiya bir çox sahibkarlara güclü zərbə vurdu, lakin müştərilərimiz üzrə ümumi mənzərəyə baxsaq, görərik ki, onların əksəriyyəti üçün bu, müvəqqəti çətinlikdir. Bunlar nə biznesdən tamamilə kənarlaşdırılmış, nə də biznesi müflisləşmiş sahibkarlar deyil. Müştərilərimizin 98%-i ilə hər zaman birgə həllər tapırıq, onlar işləməyə davam edirlər və biz əminik ki, onlar bizneslərini bərpa edəcəklər. Aprel ayında bank mövcud kreditlərin təkrar strukturlaşdırılması ilə fəal şəkildə məşğul olub, may ayında isə biz yeni müştərilərin kreditləşdirilməsinə başlamışıq.

İdarə heyəti sədrinin birinci müavini eyni zamanda qeyd edib ki, mən burada müştərilərin seçimi baxımından kreditləşmə sisteminin köklü şəkildə dəyişdiyini söyləyə bilmərəm.
Yevqeniya Qaşikulina həmçinin "Əvvəllər bizim üçün maraqlı olan müştərilər yenə də maraqlı qalmağa davam edirlər."-deyə vurğulayıb.

Mənbə: www.kommersant.az