2 il əvvəl Azərbaycan bazarına daxil olan - Holding Ləğv Edildiyini Açıqladı

2 il əvvəl Azərbaycan bazarına daxil olan - Holding Ləğv Edildiyini Açıqladı

Azərbaycanda fəaliyyət göstərən holding ləğv edildi.

FED.az Banker.az-a istinadən xəbər verir ki, “RH Holding” MMC ləğv edildiyini elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ2300 Göyçay şəhəri, Göyçay rayonu, Yenikənd küçəsi, ev 300, mənzil 0 ünvanına bildirə bilərlər.

Bildirək ki, bu Holding 2018-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. “RH Holding”in nizamnamə kapitalı 5 manatdır və qanuni təmsilçisi Ramin Salmanov Qəhrəman oğludur.

Mənbə: fed.az