Uçuş öncəsi COVİD-19 arayışı üçün Azərbaycan klinikalarında qiymətlər - ARAŞDIRMA

Uçuş öncəsi COVİD-19 arayışı üçün Azərbaycan klinikalarında qiymətlər - ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, koronavirus pandemiyası ilə bağlı son zamanlar həyata keçirilən xüsusi uçuşlarda sərnişinlərdən COVİD-19 arayışı tələb olunur. Yalnız testin nəticəsi neqativ olan sərnişinlər xüsusi reyslərə buraxılır. Nəzərinizə çatdıraq ki, qeyd olunan COVİD-19 arayışları uçuşdan 48 saat öncə alınmalıdır.

Turizmplus.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısını və COVİD-19 arayışlarının qiymətlərini araşdırıb. Beləliklə:

- Referans laboratoriyası - 100 AZN

- Leyla klinikası - 100 AZN

- Memorial klinikası - 100 AZN

- Bona Dea xəstəxanası - 95 AZN

- İnci laboratoriyası - 110 AZN

- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM) - 40 AZN

- Kaspian Hospital - zənglərimiz cavabsız qaldı

- UltraLab. - 95 AZN

Onu da qeyd edək ki, adıçəkilən klinikalarda testin nəticələri 24 saat ərzində məlum olur və hər biri yaxma üsulu ilə alınır.

 

 

Mənbə: turizmplus.az