Milyonerlər hökümətlərini vergiləri artırmağa çağırırlar

Milyonerlər hökümətlərini vergiləri artırmağa çağırırlar

Dünya boyu onlarla milyoner hökümətlərini vergiləri artırmağa çağıran kollektiv məktub imzalayıblar. Lakin hər kəs bunun yaxşı ideya olduğuna inanmır.

ABŞ və altı başqa ölkədən 80 milyoner hökümətlərini vergiləri artırmağa çağırırlar.

Kollektiv məktubu imzalayanlar arasında Walt Disney Co. şirkətinin varisi Abigeyl Disney, BlackRock Inc. şirkətinin sabiq icraçı direktoru Morris Pörl və danimarkalı-iranlı sahibkar Cəfər Şalçı var.

Məktubu imzalayanlar deyirlər ki, koronavirus pandemiyası bir neçə il davam edə bilər və təkcə xeyriyyə ianələri pandemiyanın təsirləri ilə mübarizəyə yardım edə bilməz.

“Məncə zəngin insanlar başa düşməlidirlər ki, hazırkı sistem heç də davamlı deyil. Biz bütün etirazları gördük, biz milyonlarla insanın COVID-19 böhranı səbəbilə işiz qaldığını gördürk və biz mənim kimi investorların, zənginlərın daha da zəngin olduğunu gördük. Və biz elə bir nöqtəyə çatırıq ki, artq yalnızca bir neçə zəngin və çox sayda yoxsul insan olacaq. Bu isə belə olmamalıdır,” Vətənpərvər Milyonerlər qrupunun sədri Morris Pörl deyir.

Amerika milyonerlərin sayına görə birinci yerdə gəlir. Forbes-ın məlumatına görə, 18.5 milyon amerikalının bank hesablarında bir milyon dollardan çox pulları var. Bir çox ekspert düşünür ki, zənginlərə düzgün vergi tətbiq olunmur. Onlar deyir ki, ultra-zənginlərə tətbiq olunan verginin 3 faiz artırılması ilə on ildə bir milyard dollar pul toplana bilər.

“Daha da önəmlisi bunu daimi hala çevirməkdir, çünki COVID-19-un Birləşmiş Ştatlarda bu qədər sərt olmasına səbəb aşağı gəlirli məhəllələrə az sərmaye qoyulmasına görə cəmiyyətimizdə uzun müddətdir davam edən problemlərdir,” Vergi və İqtisadi Siyasət İnstitutunudan Emi Hanauer bildirir.

Lakin bəzi amerikalılar zənginglərə daha çox vergi tətbiq etməyin çözüm olmadığını deyirlər və respublikaçılar da ənənəvi olaraq bunun əleyhinə çıxırlar. Bəzi ekspertlər zənginlərin daha çox vergi ödəməkdən başqa yollarla da yardım edə biləcəklərini deyir.

“ABŞ-ın maliyyə departamentində amerikalı vergiödəyiciləri üçün belə bir proses var ki, onlar birbaşa Birləşmiş Ştatlar Xəzisəsinə pul ianə edə bilərlər. Yəni əgər onlar Vaşqintonun həkətə keçməsini gözləyirlərsə, buna ehtiyac yoxdur” Amerika Sahibkarlıq İnstitutundan Ceyms Pethokukis bildirir.

Eksperlər həmçinin bildirir ki, ABŞ 2020-ci ildə rekord dərəcədə büdcə kəsiri ilə üzləşəcək və bu da zənginlərə tətbiq olunan vergilərin artırılmasına dair çağırışların artmasına gətirib çıxaracaq.

Mənbə: www.amerikaninsesi.org