Ölkədə avtomobil yanacağının istehsalı artsa da, ondan gələn gəlir azalıb

Azərbaycanda ilin ilk 6 ayında 611,5 min ton avtomobil benzini istehsal edilib, bu da illik müqayisədə 0,7% artım olması deməkdir.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə benzinin anbarda ehtiyatı cəmi 81 min ton təşkil edib.

Dizel yanacağı 1119,2 min ton olub, bu da öncəki ilin eyni dövrü ilə müqayisədə 5% artım olması deməkdir. Hazırda məhsul ehtiyatı 108,4 min tondur.

Ölkədə avtomobil benzini və dizel yanacağının pərakəndə ticarət dövriyyəsi 988,1 milyon manat təşkil edib. Bu da avtomobil yanacağından gələn gəlirin 0,2% azalması deməkdir.

 

Banker.az

ƏVVƏLKİ XƏBƏR

Süleyman Kərimov Rusiyanın ən zəngin milyarderi oldu

SONRAKI XƏBƏR

Ermənistan Rusiya telekanallarının yayımını dayandırır