Süleyman Kərimov Rusiyanın ən zəngin milyarderi oldu

Süleyman Kərimov Rusiyanın ən zəngin milyarderinə çevrildi

Banker.az “Forbes” jurnalının qiymətləndirmələrinə əsasən xəbər verir ki, Vladimir Potanin Rusiyanın ən zəngin sahibkarları siyahısında birinciliyini itirərək, yerini Süleyman Kərimovun ailəsinə verib. Ekspertlərin hesablamalarına görə, ötən günlə müqayisədə Süleyman Kərimovun sərvəti 1,6 milyard dollar artıb və 24,7 milyard dollara çatıb. Qeyd edək ki, Vladimir Potaninin kapitalı 24,6 milyard dollar (+562 milyon dollar) dəyərində qiymətləndirilir.

Bildirildiyi kimi, Kərimov Rusiyanın milyarderləri arasında birinci dəfədir ki, birinci yer alır. Mütəxəssislərin fikrincə, bu artımın əsas səbəbi qızılın qiymətindəki yüksəliş olub.. Belə ki, Kərimovun ailəsi “Plus” qızıl-mədən şirkətində 78,6%-lik paya sahibdir.

Banker.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda masaj mərkəzinin sahibi 6 min manat cərimələndi

SONRAKI XƏBƏR

Ölkədə avtomobil yanacağının istehsalı artsa da, ondan gələn gəlir azalıb